Translate
воскресенье, 29 марта 2015 г.
videolar
четверг, 26 марта 2015 г.
четверг, 19 марта 2015 г.
понедельник, 16 марта 2015 г.
ZƏFƏR BAYRAĞI
funksiyasını biləndən sonra məndə belə bir sual yarandı ki,bəs mən hansı töhfəmi verməklə bayrağımı yüksəldə bilərəm?Bu yaşda hələ ki mən öz təhsilimlə bir nümunə ola biləcəyimi düşünürəm
.Mənim daha bir arzum var ki,Azərbaycan bayrağı Qarabağda dalğalansın.Bu işdə xalqımiza ,əsgərlərimizə böyük iradə,mətinlik arzu edirəm.
Daim ucalasan!Savaş günündə
Əsgər silahıyla səni tən görüm
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Bayrağımız qürur mənbəyimizdir.
Bayrağımız canımızdır,ürəyimizdir.
Bir kərə yüksələn bayraq bir daha enməz.
Vətən bayrağı
.jpg)
Bayraq-bir ölkəni,təşkilatı,quruluşu və ya birliyi işarələyən,əsasən parçadan olan dövlət rəmzi olub vətən ğrunda şəhid olanların qəbri üzərinə salınan dövlət atributudur.Bayrağın üzərindəki hər rəng və simvol bir
özəl məna daşıyır.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Üçrəngli bayrağın simvolları
ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.Yuxarı zolaq göy,orta zolaq qırmızı,aşağı zolaq isə yaşıl rəngdədir.Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını bildirir.Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur.Keçmişlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr tikilib və bu abidələrdən əksəriyyəti göy rəngdə olub.Bu baxımdan göy rənghəm də simvolik məna daşıyır.
Qırmızı rəng-müasir cəmiyyət qurmaq,müasirləşməni ifadə edir.
Yaşıl rəng-islam dininə mənsubluğu ifadə edir.
Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə səkkiz türk xalqının simvoludur.
Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ilk Dövlət Bayrağı Günü 2010-CU İL noyabrın 9-da qeyd olunub.
Dövlət Bayrağı Muzeyi
Dövlət Bayrağı Muzeyinin açılışı 9 noyabr 2010-cu ildə Dövlət Bayrağı Günündə olub.Səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.
Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin,xanlıqların bayraqları nümayiş olunur.Muzeydə pul nişanları nümunələri, poçt markaları,orden və medallar nümayiş olunur.Sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları və mərasim geyimləri nümayiş olunur. Muzeydə həmçinin Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı,müxtəlif kitablar,fotoşəkillər nümayiş olunur.Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır. Dünyanın ən hündür bayraqlarından biri Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır.Meydanda qurulan Azərbaycan Respublikasının gerbi,dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Dayağın hündürlüyü162m,qurğunun ümumi kütləsi 220 tondur.Bayrağın eni 35m,uzunluğu70m ,kütləsi 350kq-dır.Yaş halda bayrağın çəkisi iki dəfə artır.
xulviyye.mahmudova
суббота, 14 марта 2015 г.
Qürur mənbəyimiz
Deməli,bayrağın tarixi çox-çox qədimdir.Kiçik bir bayraq parçasının nədən bu qədər böyük qüdrətə malikdir?Bayraq bir ordunu qalibiyyətə,zəfərə doğru aparan bir qüvvədir.Bayrağın müqəddəsliyi onun cırılmasına ,ayaqlar altına atılmasına imkan vermir.Bayraq bütövlükdə və hər bir detalı ayrı-ayrılıqda böyük mənalar kəsb edir.Türk xalqlarının böyük və qüdrətli bir xalq olduğunu bilirdim. Amma bu xalqlarda birlik olmasaydı,bu gün onların mövcud olması mümkün olmazdı.Dövlət Bayrağı Muzeyinin yaradılması ilə ta qədimdən bu günə qədər bayraqla,poçt markaları,orden və medallarla bağlı bir mox eksponatları burada nümayiş etdirir və qoruyurlar.Deməli ,bu bir tarixdir,sübutdur və gələcək nəsillərə mirasdır.Bizə bu tarixi nümunələr gəlib çatmasaydı, haqqımızı,ulularımızdan miras qalan torpaqlarımızı müdafiə edə, qoruyub-saxlaya bilməzdik.
Подписаться на:
Сообщения (Atom)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
