Translate

суббота, 14 марта 2015 г.

Qürur mənbəyimiz


Deməli,bayrağın tarixi çox-çox qədimdir.Kiçik bir bayraq parçasının nədən bu qədər böyük qüdrətə malikdir?Bayraq bir ordunu qalibiyyətə,zəfərə doğru aparan bir qüvvədir.Bayrağın müqəddəsliyi onun cırılmasına ,ayaqlar altına atılmasına imkan vermir.Bayraq bütövlükdə və hər bir detalı ayrı-ayrılıqda böyük mənalar kəsb edir.Türk xalqlarının  böyük və qüdrətli bir xalq olduğunu bilirdim. Amma bu xalqlarda birlik  olmasaydı,bu gün onların mövcud olması mümkün olmazdı.
Dövlət Bayrağı Muzeyinin yaradılması ilə ta qədimdən bu günə qədər bayraqla,poçt markaları,orden və medallarla bağlı bir mox eksponatları burada nümayiş etdirir və qoruyurlar.Deməli ,bu bir tarixdir,sübutdur və gələcək nəsillərə mirasdır.Bizə bu tarixi nümunələr gəlib çatmasaydı, haqqımızı,ulularımızdan miras qalan torpaqlarımızı müdafiə edə, qoruyub-saxlaya bilməzdik.
Bayrağımızın möhtəşəmliyi Ginnes Rekordlarına imza atmaqla da özünü büruzə verib.Bununla da dünya arenasında xüsusi olaraq birinci yeri tutub.Meydanda Azərbaycanın gerbi,himnin mətni və ölkəmizin xəritəsinin qızıl suyuna salınmış bürüncdən ha zırlanmaqla ona böyük dəyər və ehtiramın nümunəsidir.



Комментариев нет:

Отправить комментарий